Gürcüstanda hakim partiyanın ofisində atışma - Yaralılar var

  • 00:49 - 22 Oktyabr

Gürcüstanın hakim “Gürcü arzusu” partiyasının Dmanisidə (Kvemo Kartli regionu) yerləşən ofisində atışma baş verib.

Bu barədə “Rustavi 2” telekanalı məlumat yayıb.

Hadisə nəticəsində yaralıların olduğu bildirilir. İnsidentin baş vermə səbəbi və detalları bəlli deyil.  DİN də hələlik informasiyanı şərh etməyib.

“Gürcü arzusu”nun icraçı katibi İrakli Kobaxidze baş verənləri təxribat adlandırıb.

Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 31-də keçiriləcək.


Oxunma sayı: 4247

Oxşar yazılar