Azərbaycan Türkiyədən qoşun istəyərsə, heç bir tərəddüd etmədən göndərərik" - Türkiyənin Vitse-prezidenti

  • 22:55 - 21 Oktyabr

"Türkiyə ilə Azərbaycan arasında hərbi iş birliyi var. Azərbaycanın Qarabağda Türkiyə hərbçilərinə ehtiyacı olarsa, Türkiyə açıq şəkildə bu yardımı edər." 

Avropa.info xəbər verir ki, bunu Türkiyənin Vitse-prezidenti Fuad Oktay CNN Türk-ün canlı yayınındakı proqramda deyib. Fuad Oktay Türkiyənin tam olaraq Azərbaycanın yanında olduğunu bildirib.

"Mülki insanların qətl edilməsinə dünyanın səssiz qaldığını görürük. Türkiyə olaraq ilk andan bəyan etdik. Azərbaycan davasında haqlıdır, öz torpaqlarını müdafiə edir. Ermənistan işğalçıdır. Türkiyə olaraq sonuna qədər Azərbaycanın istədiyi qədər yanında olacağıq. Prezidentimiz bunu ilk gündən dedi. Türkiyə tərəddüd etməz, Prezidentimiz tərəddüd etməz. Qarşımızda atəşkəsin mürəkkəbi qurumadan mülki insanlara hücum edən bir terror dövləti Ermənistan var. Terror təşkilatları Ermənistana yardım edir. ATƏT-in Minsk qrupu münaqişənin həll olunmaması üçün çalışır. Ermənistanın da istədiyi münaqişənin həll olunmamasıdır. 

Rusiya "hər iki ölkə ilə keçmişdən bir yaxınlığımız var, bu problemi həll edərik" dedi, amma edə bilmədi. Münaqişənin həllində Türkiyənin yer almaması bir əksiklikdir. Prezident İlham Əliyev də bunu ifadə etdi. Türkiyənin olmadığı masada həllin olması mümkün deyil. Türkiyə qəti olaraq mövqeyini açıqlayıb" -Fuad Oktay belə deyib.  


Oxunma sayı: 11397

Oxşar yazılar