Türkiyədə bir gündə 68 nəfər koronavirusdan ölüb

  • 23:25 - 21 Oktyabr

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 68 nəfər ölüb.

Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 117 943 şübhəli koronavirus testindən keçib, onlardan 2013-nün cavabı pozitiv çıxıb, 1507 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 1504 nəfər olub.

 

 


Oxunma sayı: 3719

Oxşar yazılar