Müdafiə Nazirliyi: Düşmənin 6 ədəd PUA-sı məhv edilib

  • 19:10 - 21 Oktyabr

“Ötən müddət ərzində cəbhənin Ağdərə, Füzuli-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib”.

Avropa.info xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

Onun sözlərinə görə, düşən xeyli itkilər verərək geri çəkilməyə məcbur edilib: “Çoxlu sayda silah və sursat bölmələrimiz tərəfindən ələ keçirilib. Düşmənin 6 ədəd PUA-sı məhv edilib. Azərbaycan Ordusunun üstünlüyü barədə düşmənin etiraflarını Ali Baş Komandanımız bundan əvvəl vurğulayıb”.


Oxunma sayı: 4577

Oxşar yazılar