"Rusiya Ermənistan ordusuna hər gün silah-sursat göndərir" - Erməni deputatdan sensasion açıqlama

  • 17:27 - 21 Oktyabr

Ermənistan parlamentinin insan hüquqları komissiyasının sədri Naira Zoqrabyan İrəvanın TV24 telekanalının efirində qalmaqallı açıqlama ilə çıxış edib. 

Avropa.info xəbər verir ki, o, Rusiya dövlətinin Ermənistana hər gün silah-sursat göndərdiyini açıqlayıb. 

"Rusiya strateji müttəfiqin silah-sursatla bağlı öhdəliklərini yerinə yetirirdi və yerinə yetirməkdə davam edir. Buna şübhə edənlər ən azı axmaqdırlar. Ya da xaindirlər. Rusiya öz öhdəliklərini gündəlik rejimdə yerinə yetirməyə davam edir. Hər şeyi aça bilmirəm, amma deyə bilərəm ki... Ermənistanda ardıcıl olaraq anti-Rusiya əhval-ruhiyyəsini yayan qrantyeyənlər çox pis işlər gördülər. Buna baxmayaraq, Rusiya öz öhdəliklərini yerinə yetirməkdə davam edir - həm müqavilələr, həm də qeyri-müqavilələr çərçivəsində" - o, deyib.

Bununla da N.Zoqrabyan Rusiyanın Azərbaycan ərazisini işğal edən erməni ordusu üçün gündəlik sursat tədarükü barədə gizli məlumatı ifşa edib.  İsteriyaya qapılan erməni deputat Qarabağ müharibəsində Ermənistan ordusunun gündəlik məğlubiyyətləri barədə də sirrini açıb.

Görünür, Naira Zoqrabyan erməni ictimaiyyətində anti-Rusiya ovqatından çox narahatdır. Hətta o qədər narahatdır ki, Rusiyanın Azərbaycan torpaqlarında döyüşən erməni ordusu üçün gündəlik silah-sursat göndərməsi barədə məxfi müqaviləni belə açıqlayır. 


Oxunma sayı: 10891

Oxşar yazılar