Paşinyan ağır məğlubiyyətdən başını itirdi: "Bu andan etibarən Dağlıq Qarabağ məsələsinin diplomatik həll yolu yoxdur"

  • 16:29 - 21 Oktyabr

"Bu andan etibarən Dağlıq Qarabağ məsələsinin diplomatik həll yolu yoxdur". 

Avropa.info xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan deyib. 

"Biz xalqımızın hüquqları uğrunda tərəddüt etmədən, heç nəyə baxmayaraq sonuna qədər mübarizə aparmalıyıq" - Paşinyan deyib. 

Qeyd edək ki, Azərbaycan Ordusunun sentyabrın 27-dən başlatdığı Qarabağın erməni işğalından azad etmək üçün başlatdığı sülhəməcburetmə əməliyyatlarından sonra işğalçı Ermənistana çox ciddi şəkildə zərbə vurub. Azərbaycan Ordusunun hərbi əməliyyatları zamanı Füzuli, Cəbrayıl, Zəngilan şəhərləri, Hadrut qəsəbəsi, onlarla kənd və mühüm strateji yüksəkliklər erməni işğalçılarından azad edilib. 

Mürəxəssislərin ilkin qiymətləndirməsinə görə, Azərbaycan Ordusu tərəfindən məhv edilən və qənimət kimi götürülən ermənilərin silah və texnikasının ümumi dəyəri 2.4 milyard dollardan çoxdur.

Mütəxəssislər hesab edir ki, Şanlı Ordumuz savaşın ilk 24 günündə Ermənistana illik büdcə gəlirləri qədər ziyan vurub. Əgər həmin silahlar kasıb Ermənistana borc olaraq verilibsə, o zaman işğalçı ölkənin ümumi xarici borcu 10 milyard dolları keçəcək. Bu isə xarici borcun Ümumi Daxili Məhsulun 80 faizinə yaxınlaşmasına səbəb olacaq. “Fitch” beynəlxalq agentliyi tərəfindən kredit reytinqi aşağı salınan işğalçı ölkəni post-savaş dövründə daha çətin günlər gözləyir.


Oxunma sayı: 7371

Oxşar yazılar