İran XİN-dən Qarabağ açıqlaması

  • 15:14 - 21 Oktyabr

Qarabağ münaqişəsinin hərbi həlli yoxdur, tərəflərin məsələni danışıqlar vasitəsi ilə həll etmələri lazımdır. 

Avropa.info xəbər verir ki, bu sözləri İran XİN-nin rəsmi nümayəndəsi Səid Xətibzadə deyib.

"Biz hesab edirik ki, müharibə münaqişəni heç bir şəkildə həll edə bilməz. Hərtərəfli danışıqlar vasitəsilə sabit sülhə nail olmaq mümkündür ", - deyən Xətibzadə İranın ziddiyyətlərin həllində köməyini təklif edib. 

O, İranın "Azərbaycanın ərazi bütövlüyünü, bu ölkənin şəhərlərinin işğalının qaldırılması və beynəlxalq hüququna əməl edilməsinin zəruriliyini həmişə dəstəklədiyini" deyib. 

"Ümid edirik ki, tərəflər şüurlu şəkildə dinc atmosferdə tərəflərin ərazi bütövlüyünə hörmət əsasında, beynəlxalq hüquq çərçivəsində razılaşmanın əldə edilməsi ilə bağlı danışıqları davam etdirəcəklər", - deyə Xətibzadə bildirib. 

O, Tehranın Rusiya, İran və Türkiyənin iştirakı ilə həllinə kömək etmək təklifini xatırladaraq, bu təşəbbüsün ATƏT-in Minsk qrupunun Qarabağ münaqişəsinin həlli səylərinə əlavə olduğunu qeyd edib.


Oxunma sayı: 6590

Oxşar yazılar