Rusiyada koronovirusdan rekord sayda ölüm

  • 14:26 - 21 Oktyabr

Rusiyada sutka ərzində 15 700 yeni koronovirusa yoluxma halı aşkarlanıb. 

Avropa.info xəbər verir ki, bu barədə Rusiyanın İnfeksiya ilə Mübarizə Qərargahı məlumat verib. Sutka ərzində 10 952 nəfər sağalıb, 317 nəfər ölüb. Bu rəqəm epidemiya başlayandan qeydə alınan rekord rəqəmdir. 

Qeyd edək ki, dünən 16 319 koronovirus xəstəsi qeydə alınmışdı.  

Rusiyada ümumilikdə 1 444 335 nəfər yoluxub, onlardan 25 mini ölüb, 1,096 milyon adam sağalıb. 


Oxunma sayı: 4082

Oxşar yazılar