Bakı Nəqliyyat Agentliyi ehtiyat avtobusları xəttə buraxdı

  • 18:35 - 20 Oktyabr

Axşam pik saatlarında sərnişin tələbatının qarşılanması üçün şəhərin müxtəlif ərazilərində ehtiyat avtobuslar cəlb olunub.

Bu barədə Avropa.info-ya Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

M.Ağayev bildirib ki, ehtiyat avtobuslar zərurət olduqca daşımalara cəlb olunacaq.

Ümumilikdə 100 ədədə yaxın ehtiyat avtobus cəlb olunub.

Avtobuslarla daşımaların əhəmiyyətini nəzərə alaraq Mərkəzləşdirilmiş Vahid Dispetçer Mərkəzi ərazidə çalışan mobil qruplarla birgə çalışır.

Lakin bir daha qeyd edirik ki, avtobusların vaxtında təyinat yerinə çatması üçün onların maneəsiz hərəkəti olduqca zəruridir.

Bunu nəzərə alaraq fərdi avtomobil sürücülərindən avtobusların hərəkət üstünlüyünə anlayışla yanaşmalarını xahiş edirik.


Oxunma sayı: 3840

Oxşar yazılar