Ermənistan koronavirus epidemiyası qarşısında aciz qalıb

  • 12:33 - 20 Oktyabr

Ermənistanda bir gündə 1234 yeni koronavirus infeksiyası qeydə alınıb, 10 nəfər ölüb. 

Avropa.info xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzi məlumat verib. 20 oktyabr səhərinədək ümumilikdə 66 694 nəfər koronavirus virusuna yoluxub.  

Hazırda 16 541 nəfər müalicə olunur (onların sayı bir gündə 696 nəfər artıb). 48734 nəfər sağalıb (son gündə 526), ​​1101 xəstə ölüb. 

Koronavirusa yoluxan daha iki nəfər "digər xəstəliklərə görə" ölüb. Bu cür hadisələrin ümumi sayı 318-dir. Ölümlərin ümumi sayı 1419-a çatıb.


Oxunma sayı: 10451

Oxşar yazılar