Türkiyənin Milli Müdafiə naziri Ersin Tatarı təbrik etdi

  • 11:50 - 20 Oktyabr

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti seçilən Ersin Tatar dünən prezident seçildiyinə dair vəsiqəsini alıb.

Avropa.info xəbər verir ki, Məhkəmələr baxçasında təşkil edilən mərasimdə Prezident vəsiqəsini alan Ersin Tatar seçkilərin rəsmi nəticələrinin "Rəsmi qəzet"də yayımlanmasından sonra səlahəyyətlərinin icrasına başlayacaq.

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ŞKTC-nin Prezidenti seçilməsi münasibəti ilə Ersin Tatarı təbrik edib. Hulusi Akar Şimali Kipr türklərinin bu seçkilərdə demokratiya nümunəsi göstərdiyini qeyd edib. Akar Türkiyənin Sülh hərəkatı ilə Şimali Kipr Türk Cümhuriyyətində sülh və sabitliyin davam etməsi üçün beynəlxalq anlaşmaların verdiyi təminatlılıq vəzifələrini ən yüksək səviyyədə yerinə yetirməyə davam edəcəyini bildirib.


Oxunma sayı: 4203

Oxşar yazılar