Suqovuşan və Talışa gedən yolların bərpasına başlanıldı

  • 11:28 - 20 Oktyabr

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılır.

AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Avropa.info-ya verilən məlumata görə, ümumi uzunluğu 29 km olan avtomobil yollarının bərpası üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırlıq işlərinə start verilib.


Oxunma sayı: 6975

Oxşar yazılar