Bakıda yaşayan erməni qadın: "Ermənilər öz uşaqlarını vəhşilik və yalan dolu tarixi məlumatlarla böyüdürlər" - Video

  • 10:34 - 20 Oktyabr

57 ildir ki, Bakıda yaşayır. Burada məktəbə gedib, təhsil alıb, hətta Bakıdakı dövlət müəssisələrindən birində çalışıb.

Avropa.info Xəzər TV-yə istinadən xəbər verir ki, Nelli Petrosyanın atası erməni, anası isə rusdur. Amma o, özünü əsla erməni hesab etmir. Çünki illərdir yaşadığı Azərbaycanı özünə vətən seçib.

Qadının sözlərinə görə, erməni olduğunu oxuduğu məktəbdə, işlədiyi müəssisədə, hətta yaşadığı binada qonşuları bilsələr də, heç vaxt ona yad münasibət bəslənilməyib.

Nelli Petrosyanı ən çox üzən isə hazırda döyüş bölgəsində baş verənlərdir. Onun sözlərinə görə, xüsusilə də Gəncədəki terror hadisəsi onu dərindən sarsıdıb. Bir ana olaraq orda baş verənləri vandalizm adlandırır: "Gəncədəki terror, sadəcə, insanlığa sığmayan bir əməl yox, bütün dünyada qəbuledilməz bir hadisədir".

Erməni qadın bildirib ki, Paşinyanın siyasəti ermənilərə böyük zərbələr vurub və vurmağa da davam edir: "O, sadəcə olaraq, öz maraqlarını güdür. Vətəndaşını fikirləşən bir siyasətçi başqa ölkənin vətəndaşına o vəhşilikləri törədə bilməz".

Nelli Petrosyan, həmçinin əlavə edib ki, ermənilər öz uşaqlarını vəhşilik və yalan dolu tarixi məlumatlarla böyüdürlər.

Bu isə gələcək bir nəsli boş bir xülyalar içində böyütməkdən başqa bir işə yaramır. Bu müharibədə isə onun olmasını istədiyi tək bir şey var: haqlı tərəf haqqını alsın. Necə ki, 30 ilə yaxındır Azərbaycan haqqını tələb edir. Bu gün isə o gündür. Ermənilər isə haqsız olaraq hərb meydanında necə uduzurlarsa, elə də uduzmağa davam edəcəklər.


Oxunma sayı: 1651

Oxşar yazılar