Türkiyədə bir gündə 75 nəfər koronavirusdan ölüb

  • 23:12 - 19 Oktyabr

Türkiyədə son 24 saat ərzində daha 75 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib. 

Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib. 

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 9 371 nəfərə çatıb. 

Onun sözlərinə görə, ölkədə 1 958 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 349 519 nəfərə çatıb. 

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 424 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 305 427 nəfər təşkil edir.


Oxunma sayı: 4016

Oxşar yazılar