Norveçdə koronavirusun yeni mutasiyası aşkar edilib

  • 21:30 - 19 Oktyabr

Norveçin Tronheym şəhərində koronavirusun bu ölkədə müşahidə olunmamış mutasiyası aşkar edilib.

Trend-in məlumatına görə, 16-18 oktyabr tarixləri arasında şəhərdə 8 nəfərdə virusun yeni mutasiyası tapılıb.

Hazırda həmin virusun əvvəlki növlərdən daha çox yoluxucu olub-olmaması araşdırılır.

Qeyd edək ki, ötən sutka ərzində Norveçdə 88 nəfər yoluxub, ümumi yoluxanların sayı 16 456 nəfərə çatıb. Bu günədək ölkədə 278 nəfər koronavirusun qurbanı olub.


Oxunma sayı: 4665

Oxşar yazılar