Vyetnamda torpaq sürüşməsi nəticəsində dağıntı altında qalan 22 hərbçinin hamısı ölüb

  • 22:37 - 19 Oktyabr

Vyetnamda torpaq sürüşməsi nəticəsində dağıntı altında qalan 22 hərbçinin hamısı ölü tapılıb.

Oktyabrın 18-də səhər saatlarında Vyetnamın mərkəzi hissəsində yerləşən Quanqtri vilayətində baş verən sürüşmə nəticəsində əsgər kazarması dağılmışdı. Təxminən bir sutka davam edən axtarış işlərindən sonra hərbçilərin meyitləri tapılıb. Kazarma Vyetnam ordusunun 4-cü korpusunun hərbi hissələrdən birinə aid olub.

Qeyd edək ki, oktyabrın əvvəlindən bəri Vyetnamda güclü yağışlar müşahidə olunur. Bu cür hava şəraitinin əmələ gətirdiyi torpaq sürüşməsi, palçıq axını, daşqın və sel 64 adamın ölümünə və itkin düşməsinə səbəb olub. Bir neçə gün əvvəl qonşu vilayətdə baş verən sürüşmə nəticəsində 13 hərbçi ölüb.
 


Oxunma sayı: 1706

Oxşar yazılar