Norveçdə koronavirusun yeni növü aşkarlanıb

  • 17:42 - 19 Oktyabr

Norveçli həkimlər Trondheim şəhərində yeni bir koronavirus, SARS-CoV-2-nin yeni növünü aşkarlayıblar. 

Avropa.info xəbər verir ki, byu barədə NRK televiziya və radio şirkəti xəbər verib.

Baş həkimi Tov Rosstad "Bu virusun haradan gəldiyini bilmirik. İndiyə qədər Norveçdə virusun bu cür variantları yox idi. Beynəlxalq məlumat bazalarında bir axtarış aparıldı və bu çeşid orada da tapılmadı" deyib.  

Mütəxəssislər virusun mutasiya etməsi qənaətinə gəliblər.  

Ötən həftə sonu Trondheimdə səkkiz yeni xəstə qeydiyyata alınıb, onlardan yeddisi 20 yaşdan yuxarı gənclərdir. Yoluxanlar infeksiyanı yüngül keçirir.


Oxunma sayı: 3972

Oxşar yazılar