İranda bir gündə koronavirusdan ölən xəstələrin sayı rekord həddə

  • 15:47 - 19 Oktyabr

İranda pandemiya başlayandan bəri ilk dəfə bir gündə 300-dən çox insan koronavirusdan ölüb.

Avropa.info xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Sima Sadat Lari bildirib. Koronavirus qurbanlarının əvvəlki maksimum sayı sutkalıq 279 ölüm halı idi. 

IRINN telekanalının efirində danışan Səhiyyə Nazirliyinin nümayəndəsi son 24 saat ərzində 4251 yeni koronavirus infeksiyası halının aşkarlandığını, 337 nəfərin öldüyünü qeyd edib. 

İranda 19 fevraldan bəri yoluxmuş insanların ümumi sayı 534 631, ölənlərin sayı isə 30 712-ə çatıb. Eyni zamanda, hazırda sağalmış insanların sayı ən azı 431 360 nəfərə çatıb.


Oxunma sayı: 4027

Oxşar yazılar