Boliviyada devrilmiş prezident Moralesin partiyası qalib gəldi

  • 15:19 - 19 Oktyabr

Boliviyada keçirilən son seçki anketlərinə görə, seçkini sosialist namizəd Luis Arse Katakora qalib gəlib.  

Avropa.info xəbər verir ki, Boliviya telekanalı Unitelin məlumatına görə, Arse sələrin 52,4%-ni, rəqibi Karlos Mesa 31,5%-ni yığıb. Üçüncü yerdə 14,1% səslə sağ qanad lideri Luis Fernando Kamaçodur. 

Nəticələr təsdiqlənərsə, keçən ilin sonu ordunun təzyiqi ilə istefa verən prezident Evo Moralesin Sosializm  Hərəkatı (MAS) yenidən iqtidara gəlmiş olacaq. Hazırda Argentinada olan Morales ölkəsində keçirilən seçki ilə bağlı açıqlama verib: 

"Sizlərdən heç birinin təxribata getməsini istəmirəm. Əsl yaddan çıxarmamalı olduğumuz ən böyük dərs zorakılığın yalnız zorakılıq yaratdığı və bundan hamımızın uduzmasıdır". 


Oxunma sayı: 4071

Oxşar yazılar