Suriyanın diktator Bəşər Əsədə qarşı çıxan 50 əşirəti Azərbaycana dəstək bəyanatı yaydı

  • 13:36 - 19 Oktyabr

Suriyanın müxtəlif əyalətlərindən olan 50 əşirətin nümayəndəsi Azərbaycanın haqq mübarizəsi ilə bağlı mətbuatda birgə bəyanatla çıxış ediblər. 

Avropa.info xəbər verir ki, birgə bəyanatı oxuyan əşirət başçısı Həsən Duğaym Suiyada müharibə bitənədək Türkiyədən başqa güvənəcəkləri kimsənin olmadığını, Qərbin hər zaman olduğu kimi indi də Ermənistanın yanında olduğunu deyib: 

"Qərbin dəstəklədiyi terror təşkilatları hər zaman olduğu kimi indi  də Azərbaycana qarşı Ermənistanın təcavüzünün yanında yer aldılar. Başqa ölkələrdə də, Liviyada da eyni mövqeyi tutdular. Harada zalım varsa terror təşkilatları onlarla əməkdaşlıq edir, onlara nökərlik edir. Hazırda Azərbaycandakı müsəlman qardaşlarımız da Ermənistanın hücumları üzündən sıxıntılı və çətin günlərdən keçir. Bilirik ki, sonunda qalib tərəf haqqın yanında olan məzlumlar olacaq".


Oxunma sayı: 4522

Oxşar yazılar