Ermənistanda koronovirusa yoluxma sayı sürətlə artır

  • 11:47 - 19 Oktyabr

Ermənistanda 19 oktyabr səhərinə olan məlumata görə bu ölkədə koronovirusa yoluxma sayı 65 460 nəfərə çatıb. 

Avropa.info xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinin saytında məlumat verilib. 

Yeni qeydə alınan yoluxmaların sayı 766-dır. COVID-19-dan bir gün əvvəl 10 nəfər ölüb, 104 nəfər sağalıb, 1722 test aparılıb.  

Ermənistanda ümumilikdə 349 871 koronavirus testi aparılıb. 1 091 nəfər ölüb, 48 208 xəstə sağalıb, 15 845 xəstənin müalicəsi davam edir.


Oxunma sayı: 3609

Oxşar yazılar