Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı – Video

  • 10:08 - 19 Oktyabr

Oktyabrın 18-də Kanadanın məşhur Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Avropa.info qafqazinfo-ya istinadən xəbər verir ki, bu, 18 Oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyinin 29-cu ildönümü münasibətilə Amerika Orta-Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin səyləri nəticəsində reallaşıb.

Şəlalə axşam saatlarında Azərbaycan bayrağının göy, qırmızı və yaşıl rənglərinə boyanıb.


Oxunma sayı: 1486

Oxşar yazılar