ABŞ-da silahlı insident olub, yaralılar var
- 11:45 - 18 Oktyabr
ABŞ-ın Arizona ştatının Mesa şəhərində avtomobil dayanacağında baş vermiş silahlı insident nəticəsində uşaqlar da daxil olmaqla azı yeddi nəfər yaralanıb.
Bu barədə “ABC” telekanalı polisə istinadla məlumat yayıb.
Məlumata görə, naməlum şəxslər insanların sıx olduğu və ərzaq köşklərinin yerləşdiyi dayanacağın yaxınlığında avtomobildən atəş açıblar. Bildirilir ki, yaralananların arasında dörd azyaşlı da var. Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan bir yaşlı uşağın vəziyyəti ağır kimi qiymətləndirilir.
İnsidentin təfərrüatları araşdırılır.