Ordumuzun ağır yaraladığı terrorçubaşı Qasparyan hospitalda öldü - Xocalı soyqırımının iştirakçılarından idi

  • 21:26 - 17 Oktyabr

Qarabağ döyüşlərində ağır yaralanmış “Çiçəklənən Ermənistan” partiyasının keçmiş deputatı, Xocalı soyqırımının iştırakçısı Rustam Qasparyan “Erebuni” tibb mərkəzində ölüb.
 

Avropa.info xəbər verir ki, bu haqda düşmən mətbuatı məlumat yayıb.

Partiyadan olan deputat Naira Zoqrabyan deyib ki, həkimlər onu xilas edə bilməyiblər.

Qeyd edək ki, R.Qasparyanın oğlu Azərbaycan ordusu tərəfindən məhv edilmişdi, özü isə ağır yaralanmışdı. Onun ayaqları amputasiya olunmuşdu. Erməni mənbələri onların pilotsuz uçuş aparatı ilə vurulduğunu açıqlayıb.

Qasparyan birinci Qarabağ müharibəsində  Azərbaycana qarşı cinayətlər törətmişdi. Onun rəhbərlik etdiyi  “Qara panter” terrorçu dəstəsi mülki Azərbaycan vətəndaşlarına qarşı terrorçuluq əməlləri törətmişdi.


Oxunma sayı: 4214

Oxşar yazılar