Türk Şurası: Ermənistan mülki əhaliyə hücumu dayandırmalı və işğalçı qüvvələrini Azərbaycan torpaqlarından çıxarmalıdır

  • 22:10 - 17 Oktyabr

“Mülki əhalini bombalamaq beynəlxalq humanitar hüquqa ziddir”. 

Bu barədə Türk Şurasının “Twitter” səhifəsində paylaşım edilib. 

“Türk Şurası Ermənistanın Gəncə şəhərinə və azərbaycanlı mülki şəxslərə qarşı ballistik raketlərə hücumlarını pisləyir. Ermənistan mülki əhaliyə hücumunu dayandırmalı və işğalçı qüvvələrini Azərbaycan torpaqlarından çıxarmalıdır”, - deyə məlumatda qeyd olunub.


Oxunma sayı: 1827

Oxşar yazılar