İranın Azərbaycandakı səfirliyi Gəncəyə raket hücumunu kəskin şəkildə pisləyir

  • 17:10 - 17 Oktyabr


İran İslam Respublikasının Azərbaycandakı səfirliyi dünən gecə saatlarında Gəncə şəhərində bir neçə mülki şəxsin öldüyü və yaralandığı raket hücumunu kəskin şəkildə pisləyir.

Avropa.info xəbər verir ki, səfirlik həlak olanların ailələrinə başsağlığı, yaralananlara şəfa diləyir və bir daha günahsız insanlara, şəhərlərə hücumun beynəlxalq normalara və hüquqa zidd olduğunu vurğulayır. Bildirilir ki, bu kimi əməllər hərbi cinayət sayılır və dərhal dayandırılmalıdır.


Oxunma sayı: 1684

Oxşar yazılar