Azərbaycan nefti bahalaşıb

  • 20:02 - 17 Oktyabr

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 16-da 42,45 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,55 dollar/barel çoxdur. 



FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 42,01 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,59 dollar/barel çoxdur. 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 41,85 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,61 dollar/barel çoxdur. 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 41,65 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,57 dollar/barel çoxdur.(trend)


Oxunma sayı: 5974

Oxşar yazılar