Paşinyan yenə kömək üçün Moskvaya yalvardı

  • 12:39 - 17 Oktyabr

İrəvan Türkiyənin və Azərbaycanın bölgədəki "təcavüzkar hərəkətləri"nin qarşısını almaq üçün Moskvanın konkret addımlarına ümid bəsləyir.

Avropa.info xəbər verir ki, bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan Fransanın "Liberation" qəzetinə müsahibəsində deyib.

"Rusiya Ermənistanın strateji tərəfdaşı və ATƏT-in Minsk Qrupunun həmsədridir. Rusiyanın və Azərbaycanın bölgədəki "təcavüzkar hərəkətləri"nin qarşısını almaq üçün daha praktik və konkret addımlar atmasını gözləyirik. Və düşünürəm ki, ATƏT Minsk Qrupunun digər həmsədrləri, bütövlükdə beynəlxalq ictimaiyyət kömək etməlidir" - Paşinyan deyib. 


Oxunma sayı: 5996

Oxşar yazılar