"AB ilə heç bir müqavilə bağlamadan çıxacağıq" - İngiltərə baş naziri

  • 11:23 - 17 Oktyabr

Böyük Britaniya blokun yanaşmasında fundamental dəyişikliklər görməyincə Avropa Birliyi ilə heç bir müqavilə bağlamayacaq.

Avropa.info xəbər verir ki, bu sözləri İngiltərə baş naziri Boris Conson deyib.

Onun sözlərinə görə, ölkəsi müqaviləsiz Breksit ssenarisinə hazırlaşır. Boris Conson bu açıqlamasından sonra ritorikasını daha da sərtləşdirib:

"Ticarət danışıqları başa çatıb. AB danışıqlarla bağlı öz mövqeyini dəyişmək istəmədiyini deyəndə onları dünən uğurla başa çatdırdı".


Oxunma sayı: 1541

Oxşar yazılar