Beyləqanda postda saxlanılan maşından odlu silah tapıldı

  • 14:02 - 16 Oktyabr

Gəncə şəhər sakininin avtomobilindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avropa.info-ya verilən xəbərə görə, daxil olan məlumat əsasında Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Hacıqabul-Horadiz yolunda qurulmuş xüsusi postda Gəncə şəhər sakini Z.Həbibovun idarə etdiyi “Mercedes” markalı avtomobil saxlanılıb.

Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı oradan “Makarov” markalı tapança, 1 ədəd patron darağı, 8 patron, 1 ədəd süngübıçaq və 1 ədəd dəbilqə aşkar edilərək götürülüb.


Oxunma sayı: 11210

Oxşar yazılar