Serxio Ramos "Real"la yeni müqavilə imzalamaqdan imtina edib

  • 21:30 - 14 Oktyabr

İspaniyanın “Real” klubunun futbolçusu Serxio Ramos Madrid təmsilçisi ilə yeni müqavilə imzalamaqdan imtina edib.

Apasport.az saytının məlumatına görə, buna səbəb müdafiəçiyə təklif olunan şərtlərdir.

Ramos klub rəhbərliyinin təklif etdiyi müqaviləni bu şərtlərlə qəbul etməyib. Çünki ona 1 illik anlaşma və əvvəlki ilə müqayisədə daha aşağı maaş təklif olunub. Bu variantdan narazı qalan müdafiəçi anlaşmanı imzalamağa razılaşmayıb.

Qeyd edək ki, Serxionun “Real”la müqaviləsi mövsümün sonunda başa çatacaq. Onunla Fransa PSJ-si və İtaliya “Yuventus”u da maraqlanır.


 


Oxunma sayı: 10484

Oxşar yazılar