Xankəndidə erməni polislər boş qalan evləri talan edirlər

  • 17:00 - 13 Oktyabr

Polislərimiz Xankəndidə evini qoyub qaçan vətəndaşların evini talamaqla yaxşı məşğul olurlar.

Avropa.info musavat.com-a istinadən xəbər verir ki, bu sözləri Nune Qasparyan adlı sosial şəbəkə istifadəçisi yazıb.

O, Ermənistan polisinin xislətini şəffaflığı ilə ortaya qoyan paylaşım edib: "Bizim yaşlı qadın Xankəndidə balkonundan üzərində Azərbaycan və rus dillərində "xoş gəlmisiniz” yazılmış plakat asıb ki, azərbaycanlılar şəhərə daxil olanda ona toxunmasınlar. Necə olmasa, qorxu üstün gəlib. Bizim "şanlı” polislərimiz isə mülki geyimdə evə daxil olublar. Qadını sürüyərək küçəyə çıxarıb döyməyə başlayıblar”.

Nune Qasparyan qeyd edib ki, erməni polislər vətəndaşların boş qalmış evlərindən oğurluq edirlər: "Polislərimiz Xankəndidə evini qoyub qaçan vətəndaşların evini talamaqla yaxşı məşğul olur. Bizim "hər şeyi bilən” Araik onları qəhrəman kimi təltif etsə, təəccüblənmərəm”.


Oxunma sayı: 5380

Oxşar yazılar