UEFA "Qarabağ" və "Neftçi"yə pul ödədi

  • 14:30 - 13 Oktyabr

“Qarabağ” və “Neftçi”nin avrokuboklarda çıxışı ilə əlaqədar UEFA-dan maliyyə vəsaiti daxil olub.

Vəsait AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.

“Qarabağ”a UEFA Çempionlar Liqasında iştirak üçün 1 140 000 avro, əlavə səyahət xərclərindən ötrü 80 000 avro ödənilib. 

“Neftçi” isə Avropa Liqasının təsnifat mərhələsində iştirakı qarşılığında 260 000 avro əldə edib. 

Report


Oxunma sayı: 2608

Oxşar yazılar