Azərbaycan millisinin Kiprlə oyun üçün “23-lüy”ü açıqlandı

  • 14:16 - 13 Oktyabr

Azərbaycan millisinin Kiprlə matçının sifariş vərəqi açıqlanıb. 

Baş məşqçi Canni de Byazi Millətlər Liqasının IV turunun səfər oyunu üçün “23-lüy”ü müəyyənləşdirib. 

İtaliyalı mütəxəssisin sərəncamında olan 25 futbolçudan ikisi heyətdən kənarda qalıb. Bunlar cəzalı Bədavi Hüseynov və zədəli Maksim Medvedevdir. Onların yoxluğunda 5 nömrəli formanı Şəhriyar Əliyev, 15-i isə Namiq Ələsgərov götürüb. 

Qeyd edək ki, Albaniyada keçiriləcək Azərbaycan – Kipr oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. 

Qapıçılar 
1. Emil Balayev 
12. Şahrudin Məhəmmədliyev 
23. Aydın Bayramov 
Müdafiəçilər 
3. Azər Salahlı 
4. Bəhlul Mustafazadə 
5. Şəhriyar Əliyev 
13. Abbas Hüseynov 
14. Elvin Bədəlov 
18. Anton Krivotsyuk 
21. Amin Seydiyev 
Yarımmüdafiəçilər 
2. Qara Qarayev 
6. Vüqar Mustafayev 
7. Araz Abdullayev 
8. Coşqun Diniyev 
10. Rəhim Sadıxov 
15. Namiq Ələsgərov 
16. Elvin Camalov 
17. Rəhman Hacıyev 
19. Təmkin Xəlilzadə  
20. İsmayıl İbrahimli 
Hücumçular 
9. Əli Qurbani 
11. Ramil Şeydayev 
22. Mirabdulla Abbasov 

ApaSport


Oxunma sayı: 5908

Oxşar yazılar