Qayınatasını beşbarmaqla döyməkdə təqsirləndirilən çempion azadlığa çıxdı

  • 10:38 - 13 Oktyabr

Qayınatasını beşbarmaqla döyməkdə təqsirləndirilən, kikboksinq üzrə beşqat dünya çempionu Ehram Məcidov azadlığa çıxıb.

Avropa.info qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, bu barədə onun dostları məlumat verib. E.Məcidov vaxtından əvvəl azadlığa çıxmasını yaxınları ilə birgə qeyd edib.

Hadisə E.Məcidov və yoldaşının boşanmasından sonra uşaqla ünsiyyətə görə baş vermişdi. Çempion övladı ilə görüşmək üçün məhkəmə icra məmuruna müraciət edib və qayınatası Bəhruz Dilbazi ilə birgə məmurun otağında görüşüblər. İddiaya görə, həmin zaman Dilbazinin keçmiş kürəkənini söyməsinə görə E.Məcidov onu beşbarmaqla vurub.

Ehram Məcidov Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq; silah qismində istifadə olunan əşyadan istifadə olunmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

Xatırladaq ki, 2019-cu il iyunun 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E. Məcidov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Sentyabrın 27-də isə Bakı Apelyasiya Məhkəməsi onun cəzası 3 il artıraraq 6 il 6 ay etmişdi.


Oxunma sayı: 8328

Oxşar yazılar