İqtisadiyyat üzrə Nobel mükafatını onlar aldı

  • 14:49 - 12 Oktyabr

İsveç Dövlət Bankının təqdim etdiyi iqtisadiyyat üzrə Nobel mükafatının sahibi amerikalı Pol Milqrom və Robert Uilson olub.

Avropa.info xəbər verir ki, mükafat onlara hərracların yeni formatının kəşfinə görə verilib.

Keçən il bu mükafatı dünyadakı yoxsulluqla eksperimental mübarizə yanaşmasına görə Abicit Benerci, Ester Düflo və Maykl Kremer almışdı. 

Qeyd edək ki, iqtisadiyyat üzrə Nobel mükafatı digər sahələrdən fərqli olaraq 1895-ci ildən deyil, 1968-ci ildən bəri verilir. Mükafatı Kral Elmlər Akademiyası təqdim edir. 


Oxunma sayı: 4852

Oxşar yazılar