Nazir: “Gəncəyə raket hücumu nəticəsində məktəb binalarına da ziyan dəyib”

  • 20:12 - 11 Oktyabr

“Gəncənin mərkəzində yerləşən çoxmənzilli yaşayış binasının gecə saatlarında düşmən tərəfindən raket atəşinə tutulması nəticəsində 3-ü qadın olmaqla 9 nəfər həlak olub, 16-sı qadın, 6-sı azyaşlı olmaqla 34 nəfər yaralanıb”.

Avropa.info-nun məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” hesabında yazıb.

“Həmçinin 10-dan artıq çoxmənzilli yaşayış binasına, 100-dən çox müxtəlif təyinatlı obyektə, o cümlədən məktəb binalarına ziyan dəyib. Hazırda dağıntılar altında qalan mülki şəxslərin xilas edilməsi işləri davam etdirilir”, - deyə nazir bildirib.


Oxunma sayı: 6447

Oxşar yazılar