Azərbaycanlı hakimlər UEFA Millətlər Liqasının oyununa təyinat aldı

  • 17:20 - 11 Oktyabr

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev növbəti beynəlxalq təyinat alıb. 

33 yaşlı baş hakim UEFA Millətlər Liqasında Bolqarıstan və Uels yığmaları arasında keçiriləcək oyunu idarə edəcək. Ona Akif Əmirəli və Zeynal Zeynalov yan xətt, Rəhim Həsənov isə dördüncü hakim qismində yardımçı olacaq. Albaniyalı Sokol Yareçi hakim-inspektor, litvalı Vladimir Buzmakov isə UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək. 

Qeyd edək ki, B Liqasında 4-cü qrupun qarşılaşması oktyabrın 14-də Sofiyadakı Vasil Levski adına Milli Stadionda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.


Oxunma sayı: 9351

Oxşar yazılar