Azərbaycan yığması Millətlər Liqasında Monteneqroya uduzub

  • 19:12 - 10 Oktyabr

Azərbaycan milli komandası növbəti oyununu keçirib.

Millətlər Liqasının C liqasının 1-ci qrupunda yer alan yığmamız Monteneqro ilə görüşüb.

Canni de Byazinin yetirmələri III turun oyununu səfərdə keçirib. I dövrənin son matçı Podqoritsa şəhər stadionunda baş tutub.

Görüş komandamız üçün uğursuz başlayıb. Meydan sahibləri erkən qolla hesabda önə keçib. Künc zərbəsindən sonra əhatəsində olduğu müdafiəçiləri üstələyən Stevan Yovetiç qarşılaşmada hesabı açıb.

Bunadək evdə Lüksemburqa uduzub (1:2), səfərdə Kipri məğlub edən (1:0) yığmamızın məğlubiyyətdən qaçmaq səyləri faydasız olub. Əvəzində Bəhlul Mustafazadənin kobud səhvindən sonra meydan sahibləri ikinci qola imza atıblar. Beləliklə, millimiz ikinci məğlubiyyətini 2 cavabsız qolla alıb.

Qrupun digər matçında Lüksemburq Kipri qəbul edib. Bu görüşdə də meydan sahibləri qələbə qazanıb – 2:0.

Qeyd edək ki, növbəti oyununa oktyabrın 13-də çıxacaq komandamız Kiprlə görüşəcək. Millimiz ev matçını Albaniyanın Elbasan şəhərində keçirəcək.

Millətlər Liqası
C liqası, III tur
1-ci qrup
17:00. Monteneqro – Azərbaycan - 2:0
Qollar: Stevan Yovetiç, 9, İqor İvanoviç, 72
Baş hakim: Rikardo de Burqos Benqoeçea (İspaniya)
Monteneqro: 12. Milen Miyatoviç, 2. Risto Radunoviç, 4. Nikola Vukçeviç, 6. İqor Vujaçiç, 8. Marko Bakiç, 9. Dino İslamoviç, 10. Stevan Yovetiç, 17. Sead Hakşabanoviç, 20. Momcilo Raspopoviç, 21. Aleksandar Bolyeviç, 22. Marko Simiç
Ehtiyat oyunçular: 1. Daniyel Petkoviç, 13. Miloş Draqoyeviç, 3. Aleksandar Şofranats, 5. Darko Bulatoviç, 7. Marko Yankoviç, 11. Fatos Beçiray, 14. Deni Hoçko, 15. Marko Vukçeviç, 16. Branislav Yankoviç, 18. Neboyşa Kosoviç, 19. Miloş Raiçkoviç, 23. İqor İvanoviç
Baş məşqçi: Faruk Hadzibeqiç
Azərbaycan: 1. Emil Balayev, 2. Qara Qarayev, 4. Bəhlul Mustafazadə, 5. Maksim Medvedev, 9. Əli Qurbani, 10. Rəhim Sadıxov, 13. Abbas Hüseynov, 15. Bədavi Hüseynov, 16. Elvin Camalov, 18. Anton Krivotsyuk, 19. Namiq Ələsgərov
Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədliyev, 23. Aydın Bayramov, 3. Azər Salahlı, 6. Vüqar Mustafayev, 7. Araz Abdullayev, 8. Coşqun Diniyev, 11. Ramil Şeydayev, 14. Elvin Bədəlov, 17. Rəhman Hacıyev, 20. İsmayıl İbrahimli, 21. Amin Seydiyev, 22. Mirabdulla Abbasov
Baş məşqçi: Canni de Byazi
Podqoritsa. Şəhər stadionu

1Monteneqro33005-09
2Lüksemburq32014-26
3Azərbaycan31022-43
4Kipr30030-50


 


Oxunma sayı: 12123

Oxşar yazılar