Nobel mükafatının ilk qalibləri məlum oldu

  • 15:10 - 05 Oktyabr

Nobel Tibb Mükafatı Hepatit C virusu ilə bağlı araşdırmalarına görə Harvey Alter, Maykl Houton və Çarlz Raysa verilib.

Avropa.ino xəbər verir ki, Nobel Komitəsi açıqlamasında deyilir:

"Laureatların kəşfləri tibb sahəsindəki qalan xroniki hepatit hallarının səbəbini ortaya qoydu, qan testlərini və milyonlarla insanın həyatını xilas edən yeni dərmanların istifadəsini təmin etdi".

Qeyd edək ki, Hepatit C virusu 1989-cu ildə şimpanzelərin hepatit A və ya B-yə bənzər, lakin onlardan biri olmayan bir xəstəliyə səbəb olan bir virusun DNT surətinin klonlaşdırılması yolu ilə aşkar edilmişdir.


Oxunma sayı: 4445

Oxşar yazılar