Beşiktaşdan Azərbaycana dəstək: Tək deyilsən Azərbaycan

  • 16:20 - 04 Oktyabr

Türkiyənin "Beşiktaş" klubu növbəti dəfə Azərbaycana dəstək olub. 

Bu barədə İstanbul təmsilçisinin rəsmi "Twitter" hesabında paylaşım edilib. 

"Beşiktaş"ın ev oyunlarını keçirdiyi "Vodafone Park" stadionunun tribunasında Azərbaycan və Türkiyə bayrağı yerləşdirilib. Tribunadakı pankartda "Bir millət, iki dövlət, Tək deyilsən Azərbaycan" yazılıb. 

Qeyd edək ki, "Beşiktaş" Türkiyə Super Liqasının IV turunda evdə "Genclerbirliyi" ilə üz-üzə gələcək. Qarşılaşma bu gün Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. 


Oxunma sayı: 11452

Oxşar yazılar