Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibləri müəyyənləşir

  • 15:36 - 02 Oktyabr

Bu gün Avropa Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçirilir.

Avropa.info bildirir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan tədbirdə təmsilçimiz "Qarabağ"ın da rəqibləri müəyyənləşir. Mərasim Bakı vaxtı ilə saat 15:00-da başladı.

Yarışda 48 komanda 12 qrupda mübarizə aparacaq. Artıq UEFA reytinqinə əsasən komandaların hansı səbətdə yer alacağı bəllidi. Azərbaycan çempionu ikinci səbətdə qərarlaşıb.

"Qarabağ" İ qrupunda yer aldı. Onun birinci rəqibi İspaniyanın "Vilyareal" klubudur, ikincisi isə - İsrailin Makkabi (Tel-Aviv) klubudur.

Avropa Liqası
Qrup mərhələsi

I səbət

"Arsenal" (İngiltərə)
"Tottenhem" (İngiltərə)
"Roma" (İtaliya)
"Napoli" (İtaliya)
"Benfika" (Portuqaliya)
"Bayer" (Almaniya)
"Vilyarreal" (İspaniya)
MOİK (Rusiya)
"Braqa" (Portuqaliya)
"Gent" (Belçika)
PSV (Niderland)
"Seltik" (Şotlandiya)

II səbət

"Dinamo" (Zaqreb, Xorvatiya)
"Sparta" (Çexiya)
"Slaviya" (Çexiya)
"Lüdoqorets" (Bolqarıstan)
"Yanq Boyz" (İsveçrə)
"Srvena Zvezda" (Serbiya)
"Rapid" (Avstriya)
"Lester" (İngiltərə)
"Qarabağ" (Azərbaycan)
PAOK (Yunanıstan)
"Standard" (Belçika)
"Real-Sosyedad" (İspaniya)

III səbət

"Qranada" (İspaniya)
"Milan" (İtaliya)
"Alkmaar" (Niderland)
"Feyenoord" (Niderland)
"Makkabi" (Təl-Əviv, İsrail)
AEK (Yunanıstan)
"Reyncers" (Şotlandiya)
"Molde" (Norveç)
"Hoffenhaym" (Almaniya)
LASK (Avstriya)
"Hapoel" (Beer-Şeva, İsrail)
ÇFR (Rumıniya)

IV səbət

"Zarya" (Ukrayna)
"Nitsa" (Fransa)
"Lill" (Fransa)
"Riyeka" (Xorvatiya)
"Dandolk" (Şimali İrlandiya)
"Slovan" (Çexiya)
"Antverpen" (Belçika)
"Lex" (Polşa)
"Sivasspor" (Türkiyə)
"Volfsberger" (Avstriya)
"Omoniya" (Kipr)
MOİK (Bolqarıstan)

Qeyd edək ki, qrup mərhələsində I tur 22 oktyabr, II tur 29 oktyabr, III tur 5 noyabr, IV tur 26 noyabr, V tur 3 dekabr, VI tur 10 dekabrda keçiriləcək.


Oxunma sayı: 20494

Oxşar yazılar