Nazirlik: "Şagird yarımqruplarının gündəlik dərs yükünün artırılması cədvəldə problem yaradır"

  • 18:27 - 01 Oktyabr

Tövsiyə edilən dərs cədvəllərində I–IV sinif şagirdləri üçün həftədə 10-11 saat, V–IX sinif şagirdləri üçün isə 15 saat əyani dərs nəzərdə tutulur. 

Təhsil Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, şagird yarımqrupları üçün əyani dərslərin miqdarını artırmaq bir neçə səbəbdən mümkün deyil: "Birinci səbəb odur ki, müəllimin izafi dərs yükü yaranır ki, bu da yolverilməzdir. İkinci səbəb isə budur ki, şagird sıxlığını azaltmaq məqsədilə məktəblərin növbəli rejimə keçməsi və hər növbə arasında minimum 1 saat vaxtın sinif otağının dezinfeksiyasına və təmizlənməsinə ayrılması səbəbindən şagird yarımqruplarının gündəlik dərs yükünün artırılması cədvəldə problem yaradır".


Oxunma sayı: 2696

Oxşar yazılar