Rusiya, ABŞ və Fransa prezidentləri Dağlıq Qarabağla bağlı birgə bəyanat yayacaqlar – Peskov

  • 15:58 - 01 Oktyabr

Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşdə Rusiya, ABŞ və Fransa prezidentlərinin Qarabağdakı vəziyyətlə bağlı ortaq bəyanat hazırlaması barədə məlumat verib.

Avropa.info xəbər verir ki, bu barədə Rusiya dövlətinin başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

"İclasda Qarabağdakı təmas xəttindəki vəziyyətə xüsusi diqqət yetirildi. Bir daha davam edən döyüşlərdən həddindən artıq narahatlıq keçirildiyi ifadə edildi. Vladimir Putin görüş iştirakçılarına Rusiya, ABŞ və Fransa prezidentlərinin Dağlıq Qarabağla bağlı ortaq bəyanatının hazırlanması barədə məlumat verdi" – Peskov deyib. 


Oxunma sayı: 4951

Oxşar yazılar