Daha bir münaqişə ocağı alovlandı – Pakistan-Hindistan sərhədində döyüşlər gedir

  • 15:19 - 01 Oktyabr

Hindistan ordusu Kəşmir Nəzarət Xəttində Pakistan tərəfindən açılan atəş nəticəsində 3 hind əsgərinin öldürüldüyünü açıqlayıb.

Avropa.info xəbər verir ki, Hindistan ordusunun sözçüsü polkovnik Rajeş Kalianın verdiyi açıqlamada Pakistan hərbçilərinin Novqam rayonunda minaatan və digər silahlarla atəş açdığı deyilir.

Kalia daha 4 Hindistan hərbçisinin yaralandığını bildirib. Polkovnik-leytenant Devdender Anand isə dünən Punç rayonunda Pakistanın açdığı atəş nəticəsində daha bir hind hərbçisinin öldürüldüyünü açıqlayıb.

Pakistan hələ Hindistan ordusunun verdiyi bəyanatları şərh etməyib.


Oxunma sayı: 10198

Oxşar yazılar