Moskvanın mərkəzində azərbaycanlı vəkilə hücum

  • 13:51 - 01 Oktyabr

Moskvada azərbaycanlı vəkil Elman Paşayeva hücum olub.

Avropa.info xəbər verir ki, hadisə vəkilin müsahibə vermək üçün gəldiyi Zubov bulvarında “360” telekanalının binasının qarşısında baş verib. Vəkilin üzərinə çirkab tullantıları atıblar.

“Dünən verdiyim açıqlamalara görə bu gün 10:45-də (Moskva vaxtı) “360” telekanalının çıxışında mənə qarşı qışqıraraq hücum ediblər” – vəkil deyib.

Hücum edənlərdən biri gizlənməyə çalışarkən sənədini düşürüb. Paşayev hücumun sifarişçisini müəyyən etmək üçün həmin şəxsə əlaqə saxlamağı məsləhət görüb.


Oxunma sayı: 9604

Oxşar yazılar