Bakıda oğurluq: içərisində 50 min manata yaxın pul olan seyfi apardılar

  • 13:36 - 01 Oktyabr

Bakıda mənzildən oğurluq edilib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 26-da rayon ərazisindəki evlərin birindən 10000 manat, 10000 ABŞ dolları və 10000 avro pul olan seyfi oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş K.Sübaddin saxlanılıb.

Araşdırma aparılır.


Oxunma sayı: 17986

Oxşar yazılar