İsrail koronovirusun əlində aciz qalıb – Yoluxma sayı fəlakət həddində

  • 12:04 - 01 Oktyabr

İsraildə karantinin tətbiq olunmasına baxmayaraq sutka ərzində 8919 nəfərə Kovid-19 diaqnozu qoyulub.

Avropa.info xəbər verir ki, bu 21 fevraldan bəri ölkədə qeydə alınan rekord rəqəmdir. Virus üzündən daha 43 nəfər həyatını itirib. Ümumi itki 1571 nəfərə çatıb. Ümumi yoluxma sayı isə 248 min 133 nəfərə çatıb. 810 nəfər ağır xəstə var. 

May ayında 2 min nəfərdən aşağı qeydə alınan yoluxma sayı “ikinci dalğa” ilə 68 min 810 nəfərə çatıb.

İsrail epidemiyanı nəzarətə götürmək üçün 18 sentyabrda üç həftəlik karantin tətbiq etmişdi.


Oxunma sayı: 4731

Oxşar yazılar