Rusiyadan ermənilərə zərbə: Qarabağa aid filmin nümayişi qadağan edildi

  • 12:06 - 01 Oktyabr

Erməni rejissor Civan Avetisyanın I Qarabağ müharibəsi zamanı operatorların işindən bəhs edən "Cənnətə Qapı" filmi Moskva Beynəlxalq Kinematoqrafiya Festivalının proqramından çıxarılıb.

Avropa.info-nun məlumatına görə, tədbirin proqram direktoru Kirill Razqolov deyib ki, bu addım regionda hərbi əməliyyatların başlaması səbəbindən təhlükəsizlik məqsədilə atılıb.

Filmin rejissoru Civan Avetisyan isə qərarı şərh etməyərək, bundan təəssüfləndiyini bildirib.

Qeyd edək ki, Moskva Beynəlxalq Kinematoqrafiya Festivalı 1-8 Oktyabr tarixləri arasında keçiriləcək.


Oxunma sayı: 4533

Oxşar yazılar