Ermənistan MN ordudakı nizamsızlığı rəsmən etiraf etməyə məcbur oldu

  • 11:23 - 01 Oktyabr

Ermənistan ordusunun nizamsız və dağınıq fəaliyyəti Ermənistan Müdafiə Nazirliyini xəbərdarlıq etməyə məcbur edib.

Avropa.info xəbər verir ki, bu barədə nazirliyinin rəsmi açıqlamasında deyilir. Ermənistan Müdafiə Nazirliyi Qarabağdakı təmas xəttinə gedən könüllüləri hərəkətlərini hərbi strukturlarla əlaqələndirməyə çağırıb.

"Müdafiə Nazirliyi on minlərlə həmvətəninin "vətənini" (?!) qorumaq istəyini yüksək qiymətləndirir, lakin ciddi koordinasiya tələb edir. Xüsusilə, könüllü qrupların hərəkətlərini müvafiq hərbi strukturlarla əlaqələndirmədən cəbhə bölgəsinə göndərilməsi halları olub ki, bu da döyüş əməliyyatlarının səmərəli təşkilində problem yaradıb", - məlumatda deyilir. 

Qeyd edək ki, Azərbaycan Ordusunun keçirdiyi uğurlu hərbi əməliyyatlar Ermənistan silahlı qüvvələrinin idarəçiliyinə də ciddi zərbə vurub. Ordumuzun sürətli əks-hücumları, strateji yüksəkliklərin və işğalda olan yaşayış məntəqələrimizin azad edilməsi erməni tərəfdə pərakəndəlik yaradıb. Artıq düşmən hərbiçlərin idarə edilməsi üçün koordinasiyanı itirib. Ağır məğlubiyyətə uğrayan Ermənistan yalan vədləri ilə əsgərlərində təskinlik yaratmağa çalışır. Fakt isə budur ki, Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar düşmən ordusunun özünə gəlməsinə tam şəkildə əngəl yaradıb.  Hərbi məğlubiyyətə məruz qalmış ordular uzun müddət döyüş qabiliyyətini bərpa edə bilmir. Ağır iqtisadi-siyasi və psixoloji böhran yaşanan Ermənistanın isə ordusunu yenidən dirçəltməsi mümkünsüz görünür.


Oxunma sayı: 9549

Oxşar yazılar